BMT Rusiyanın işğal etdiyi ərazilərdə seçki keçirmək cəhdini pisləyib


Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş Rusiyanın işğal olunmuş Ukrayna ərazilərində Prezident seçkiləri keçirmək cəhdini pisləyib.
Yeniavaz.com
xəbər verir ki, bunu BMT-nin sözçüsü Stefan Dujarrik bəyan edib.
O bildirib ki, Ukraynanın regionlarının qanunsuz ilhaqına cəhd beynəlxalq hüquqa uyğun deyil.
“BMT Baş Assambleyanın müvafiq qətnamələrinə uyğun olaraq, Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, – deyə Dujarrik bildirib.
Qeyd olunub ki, BMT Ukrayna ərazilərindəki səsvermə nəticələrinin etibarlı olmadığını düşünür.
Xatırladaq ki, martın 15-də Rusiyada Prezident seçkiləri başlayıb. Proses bu gün – martın 17-də başa çatacaq. Rusiyanın işğal etdiyi Ukrayna bölgələrində 100 minədək səsvermə məntəqəsi yaradılıb.

DİGƏR XƏBƏRLƏR

Top