Messi zədəlidir və Argentina yığmasına qoşulmayacaq – KİV


Dünya çempionu Argentina yığmasının və Amerikanın “İnter Mayami” komandasının 36 yaşlı hücumçusu Lionel Messi zədəlidir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “TyC Sports” məlumat yayıb.
Bildirilib ki, o bu ay iki yoldaşlıq oyunu keçirəcək milli komandaya qoşulmayacaq.
Məlumatda deyilir ki, Lionel Messi əzələ zədəsindən sonra reabilitasiya mərhələsindədir.
Qeyd edək ki, Argentina yığması martın 22-də Salvadorla, martın 26-da isə Kosta-Rika ilə qarşılaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top