Ukraynanın nəzarətindəki hərbçilər Rusiyada yaşayış məntəqəsini ələ keçirib – Video


Belqorod vilayətinin Qorkovski kəndi Rusiya Azadlıq Qüvvələrinin nəzarəti altına keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə təşkilatın Teleqram kanalında məlumat və kadrlar dərc olunub.
Bildirilib ki, hərbi əməliyyat “içkeriyalı könüllülər”lə birgə aparılıb.

Qeyd edək ki, Rusiya Azadlıq Qüvvələri rusiyalı əsir və könüllülərdən ibarət hərbi birləşmədir və Ukrayna Silahlı Qüvvələrinə tabedir. Ötən ilin martında Rusiyanın Ali Məhkəməsi təşkilatı terror qruplaşması kimi tanıyıb.

DİGƏR XƏBƏRLƏR

Top