Rusiyanın Buxarestdəki səfiri Rumıniya XİN-ə çağırıldı


Rusiyanın Rumıniyadakı səfiri Valeri Kuzmin Rusiya tərəfinin bir sıra son bəyanatları ilə əlaqədar bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rumıniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Səfirə Rumıniya tərəfinin tarixi keçmişdən qaynaqlanan və ikitərəfli əhəmiyyət kəsb edən mühüm mövzulara yanaşmada Rusiya səfirliyinin təhrif etdiyi məlumatlarla bağlı dərin narazılığı çatdırılıb.
Xatırladaq ki, daha əvvəl Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclası zamanı səsvermə keçirilib, nəticədə AP deputatları Rumıniyanın 1916-cı ildə Rusiyaya ixrac edilmiş Rumıniya qızıllarının və tarixi arxivlərinin qaytarılması tələbini dəstəkləmək üçün qətnamə qəbul ediblər.
Martın 15-də isə Rusiyanın Rumıniyadakı səfirliyi öz Teleqram kanalında rumınları Rumıniya qızılını qaytarmaq arzusundan əl çəkməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top