Əfqanıstanda avtobus yanacaqdoldurma məntəqəsinə çırpıldı – 21 nəfər öldü


Əfqanıstanın cənubunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində azı 21 nəfər ölüb, 38 nəfər yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə AP əyalət yol nəqliyyatı idarəsinə istinadən məlumat yayıb.
Bildirilir ki, qəza bazar günü səhər saatlarında Helmand əyalətinin Qereşk rayonunda, cənub Qəndəhar və qərb Herat əyalətləri arasındakı əsas magistral yolda baş verib.
Belə ki, motosiklet sərnişin avtobusu ilə toqquşub, daha sonra avtobus yolun qarşı tərəfindəki yanacaqdoldurma məntəqəsinə çırpılıb.
Qeyd olunub ki, qəza ilə bağlı araşdırmalar davam edir.
Helmand polis rəisinin sözçüsü Haqani bildirib ki, 38 yaralıdan 11-i ağır yaralarla xəstəxanaya çatdırılıb.

DİGƏR XƏBƏRLƏR

Top