Nikaraqua sahillərində 5,6 bal gücündə zəlzələ baş verdi


Nikaraqua sahillərində 5,6 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 136 min nəfər əhalisi olan Çinendeqa şəhərindən 67,5 km qərbdə 52 km dərinlikdə yerləşib.
Qeyd olunub ki, tələfat və dağıntılar barədə məlumat yoxdur, həmçinin sunami təhlükəsi elan olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top