
“Krım və Sevastopol Rusiyanın ayrılmaz hissəsidir, onların mülkiyyət məsələsi həmişəlik bağlıdır”.
Yeniavaz.com xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Krım baharı”nın 10-cu ildönümünə həsr olunmuş videomüraciətində vurğulayıb.
“Krım və Sevastopolun mülkiyyəti məsələsi bağlıdır. Yarımada Rusiya Federasiyasının ayrılmaz hissəsidir”, - Lavrov deyib.
Nazirin sözlərinə görə, ötən illər ərzində Ukraynadan “miras qalan” bir çox problemləri aradan qaldırmaq mümkün olub:
“Bundan əlavə, Krımda milliyyətindən və dil seçimindən asılı olmayaraq, istisnasız olaraq bütün vətəndaşların hüquqlarına ciddi riayət olunur. Vəziyyətin sonrakı inkişafı göstərdiyi kimi, belə bir qərar (Rusiya Federasiyası ilə birləşmə - red.) yeganə düzgün qərar idi. Bu, krımlıların həyatını, şərəf və ləyaqətini rusofob Kiyev rejiminin təcavüzlərindən qorumağa imkan verdi”.