
Pakistanın Əfqanıstanla sərhədindəki Şimali Vəziristan rayonunda təhlükəsizlik məntəqəsinə hücum edilib.
Yeniavaz.com “Dawn” qəzetinə istinadən xəbər verir ki, hücumda ikisi zabit olmaqla azı 7 əsgər həlak olub.
Bildirilir ki, səhər tezdən 6 nəfərdən ibarət terrorçu qrup posta hücum edib. Onlar partlayıcı maddə olan avtomobili binaya sürərək konstruksiyanın bir hissəsinin dağılmasına səbəb olublar.
Nəşr bildirir ki, hücum edənlər daha sonra məhv edilib.
Tətbiqimizi yükləyə bilərsiniz