Qəzzada ölənlərin sayı 31,5 mini keçdi


İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 31,5 mini keçib, 73,5 mindən çox insan isə yaralanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Fələstin anklavının Səhiyyə Nazirliyi rəsmi “Telegram” kanalında yayıb.
“Ötən ilin oktyabr ayından İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 31 553 nəfərə yüksəlib, ən azı 73 546 nəfər yaralanıb”, - nazirlikdən bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin bildirib ki, son 24 saat ərzində zolaqda 63 nəfər ölüb, daha 112 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top