“Porsche” tarixinin ən sürətli avtomobilini buraxdı


“Porsche” şirkəti tarixinin ən sürətli avtomobili olan “Taycan” Turbo GT-ni təqdim edib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, yeni avtomobil ilk “yüzlüyü” 2,2 saniyəyə yığır. 200 km/saat sürəti yığmaq üçün isə ona 6,6 saniyə vaxt lazımdır.
Lakin bu kateqoriyada avtomobillərin sürətləri svetofor yarışlarındakı potensialları ilə deyil, Nurburqrinq yarış trekini başa vurduqları vaxtla ölçülür. Bu vaxt isə “Taycan” Turbo GT üçün 7 dəqiqə 05 saniyə 55 salisədir. Bu isə “Tesla”nın üçmotorlu “Tesla” S Plaid modeli tərəfindən müəyyən edilən ən yaxşı vaxtdan tam 18 saniyə sürətlidir.
Boş çəkisi 2,3 ton olan elektrikli avtomobil yüksək sürətli döngə üçün ən yaxşı variant deyil. Lakin “Taycan” Turbo GT-nin sürətinin sirri onun tez sürət yığmaq və tez sürəti azaltmaq qabiliyyətidir.

DİGƏR XƏBƏRLƏR

Top