
Martın 16-da Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısının dəvəti ilə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə təkbətək görüşü olub.
Yeniavaz.com xəbər verir ki, görüşdə ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi qeyd olunub. Gürcüstanın Baş nazirinin ölkəmizə rəsmi səfərinin əməkdaşlığımızın daha da genişlənməsi işinə töhfə verəcəyi bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***14:19
Azərbaycan Prezidenti İlham Əliyevin Gürcüstan Baş nazir İrakli Kobaxidze ilə təkbətək görüşü başlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətindən məlumat verilib.

