Neymarın yaşıl meydana qayıdacağı vaxt məlum oldu


Braziliya millisinin və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun futbolçusu Neymarın yaşıl meydana qayıdacağı vaxt məlum olub.
Yeniavaz.com
“Mundo Deportivo” qəzetinə istinadla xəbər verir ki, bu barədə yığmanın həkimi Rodriqo Lasmar məlumat verib.
Onun sözlərinə görə, 33 yaşlı hücumçu doqquz və ya on aylıq fizioterapiya kursunu başa vurduqdan sonra iyul-avqust aylarında sahəyə dönə biləcək.
“Hələ onun reabilitasiyasının yarısını belə keçməmişik. Yalnız doqquz və ya on aylıq fizioterapiya prosedurlarını başa vurduqdan sonra onun sahəyə qayıtmasını qəti şəkildə təsdiqləmək mümkün olacaq”, - Lasmar bildirib.
Qeyd edək ki, Neymar 2023-cü ilin 18 oktyabrında Braziliya millisinin Uruqvay millisinə 2:0 hesabı ilə uduzduğu DÇ-2026-nın Cənubi Amerika seçmə matçında dizinin ön çarpaz bağından zədə alıb.

DİGƏR XƏBƏRLƏR

Top