
“Moskva Qərb ölkələri tərəfindən İrəvanın anti-Rusiya kursuna cəlb edilməsini Ermənistanla müzakirə edir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “RİA Novosti”yə müsahibəsində bildirib.
“Təəssüf ki, biz bu tendensiyanı çoxdan müşahidə edirik və bu haqda danışırıq. Biz erməni həmkarlarımız və tərəfdaşlarımızla, o cümlədən çox məxfi şəkildə, yalnız bir məqsədlə danışırıq - xəbərdarlıq etmək”, - Zaxarova bildirib.
Diplomat əlavə edib ki, Moskvanın bəzi arqumentləri Ermənistan tərəfi tərəfindən qəbul edilib, hətta müəyyən tədbirlər görülüb.