
Xankəndi şəhəri ərazisində silah-sursat aşkarlanıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 15-də Xankəndi şəhəri ərazisindən 1 avtomat silahı, 1 tapança, 3 qumbara, 1 alışdırıcı, 4 patron darağı, 120 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.