Quterreş Putin, Zelenski və Ərdoğana məktub göndərdi


BMT-nin baş katibi Antonio Quterreş fevral ayında Rusiya, Ukrayna və Türkiyə prezidentləri Vladimir Putin, Volodimir Zelenski və Rəcəb Tayyib Ərdoğana məktublar göndərib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik məlumat verib.
“Biz ticarətin davam etməsini, ərzaq tədarükünün davam etməsini və gəmilərin təhlükəsiz qalmasını təmin etmək üçün bütün tərəflərlə danışıqlarımızı davam etdiririk. Bununla bağlı baş katib fevral ayında Rusiya, Ukrayna və Türkiyə  prezidentlərinə məktublar göndərib”, - Quterreşin sözçüsü bildirib.
O, həmçinin Qara dəniz vasitəsilə ərzaq və kənd təsərrüfatı məhsullarının ixracı məsələsinin vacibliyini qeyd edib. Problem qlobal ərzaq təhlükəsizliyi və dünya bazarı üçün kritik olaraq qalır.
Düjarrik əlavə edib ki, Qara dənizdən keçən gəmilər dəniz minaları və limanlara hücumlar nəticəsində risk altındadır.
Qeyd edək ki, bundan əvvəl Quterreş Münhen Təhlükəsizlik Konfransında çıxışı zamanı qlobal maliyyə sisteminin köhnəldiyini açıqlamış, çoxqütblü dünya sisteminin təhlükəsindən bəhs etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top