
Fələstin Prezidenti Mahmud Abbas ABŞ və beynəlxalq ictimaiyyəti İsrailin Qəzza zolağının cənubunda, Misirlə sərhəd yaxınlığında yerləşən Rəfah şəhərində hərbi əməliyyat keçirməsinin qarşısını almağa çağırıb.
Yeniavaz.com WAFA-ya istinadən xəbər verir ki, prezident ofisi bununla bağlı açıqlama yayıb.
“Biz Amerika administrasiyasını və bütün beynəlxalq ictimaiyyəti dərhal müdaxilə etməyə və bu təcavüzkar hərəkətlərin, hansı ki, Qəzza zolağında yalnız xalqımız üçün əzabların artmasına səbəb olacaq, qarşısını almaq üçün öhdəliklərini yerinə yetirməyə çağırırıq”, - məlumatda deyilir.
Abbas həmçinin vurğulayıb ki, o, İsrailin hərəkətlərini Fələstin xalqına qarşı cinayətlər törətməyə davam etmək və Qəzzada yeni qırğın törətmək cəhdi hesab edir.
O qeyd edib ki, fələstinlilərin qanuni ərazilərindən zorla köçürülməsinə yönəlmiş istənilən hərəkəti qırmızı xətt kimi qiymətləndirir və İsrailə onun beynəlxalq hüquqa uyğunluğunu təmin etmək üçün təzyiq göstərməyə çağırıb.
Tətbiqimizi yükləyə bilərsiniz