
Bakı-Sumqayıt yolundakı yanğın söndürülüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində qısa müddətdə məhdudlaşdırılaraq söndürülüb.
Əlavə məlumat veriləcək.
***18:38
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda Bakı-Sumqayıt şosesinin 3-cü kilometrliyində açıq ərazidə quru otluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Tətbiqimizi yükləyə bilərsiniz