
Sankt-Peterburqun Moskovski rayonunda 21 yaşlı qız seçki zamanı iki seçki məntəqəsinin təşkil olunduğu 358 saylı məktəbin eyvanına “Molotov kokteyli” atıb.
Yeniavaz.com “Fontanka”ya istinadən xəbər verir ki, “Molotov kokteyli” prezident seçkiləri ilə bağlı plakatın üzərinə atıldığı iddia edilir.
Bildirilir ki, qız polis tərəfindən saxlanılıb.
Nəşr yazır ki, ilkin məlumatlara görə, ona Ukrayna teleqram kanalında ödənişli şəkildə belə hərəkət etməyi məsləhət görüblər.
Xatırladaq ki, martın 15-də Rusiyada prezident seçkilərində əsas səsvermə başlayıb. Ümumilikdə səsvermənin üç gün çəkəcəyi gözlənilir.
Bu ana olan məlumata görə, Rusiyanın müxtəlif bölgələrindən seçki məntəqələrinə gələnlərin seçki qutularına “zelyonka” və mürəkkəb tökülüb. Moskvada yaşlı qadın, səsvermə kabinəsini yandırmağa cəhd edib və hadisəni lentə alıb. “Baza” iddia edir ki, o, videonu onu belə bir hərəkətə vadar edən fırıldaqçılara hesabat vermək üçün çəkib.
Tətbiqimizi yükləyə bilərsiniz