UEFA Avropa Liqasında 1/4 finalın cütləri bəlli olub.
Yeniavaz.com xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində baş tutub və nəticəsi aşağıdakı kimi olub.
- “Milan” – “Roma”
- “Liverpul” – “Atalanta”
- “Bayer Leverkuzen” – “Vest Hem Yunayted”
- “Marsel” – “Benfika”
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 11-də, cavab qarşılaşmaları isə 18-də baş tutacaq.
Yarımfinal görüşləri isə 1 və 9 may tarixlərində keçiriləcək.
Bu il UEFA Avropa Liqasının finalı mayın 22-də Dublindəki “Aviva” stadionunda olacaq.