Çempionlar Liqasında 1/4 finalın cütləri bəlli oldu


UEFA Çempionlar Liqasında 1/4 finalın cütləri bəlli olub.
Yeniavaz.com
xəbər verir ki, püşkatma İsveçrənin Nyon şəhərində baş tutub və nəticəsi aşağıdakı kimi olub.
  1. “Arsenal” – “Bayern Münxen”
  2. “Atletiko Madrid” – “Borussiya Dortmund”
  3. “Real Madrid” – “Mançester Siti”
  4. “Barselona” – “Paris Sen Jermen”
Qeyd edək ki, I cütün qalibi yarımfinalda III, II cütün qalibi isə həmin mərhələdə IV cütün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, 1/4 final mərhələsinin ilk oyunları aprelin 9-10-da, cavab qarşılaşmaları isə 16-17-də baş tutacaq.
Yarımfinal görüşləri isə 30 aprel – 1 may və 7-8 may tarixlərində keçiriləcək.
Bu il UEFA Çempionlar Liqasının finalı iyunun 1-də Londonun “Uembli” stadionunda oynanılacaq.

DİGƏR XƏBƏRLƏR

Top