“Ermənistan Avropa İttifaqına üzv olmaq üçün müraciət edə bilər” – Peter Stano


“Ermənistan Avropa İttifaqına üzv olmaq üçün müraciət edə bilər”.
Yeniavaz.com
xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət üzrə nümayəndəsi Peter Stano “İzvestiya” qəzetinə bildirib.
“Ölkələrin öz xalqları üçün daha yaxşı gələcək naminə səy göstərmək hüququ var. Onlar belə bir gələcəyi necə təmin edəcəklərinə qərar verməkdə sərbəstdirlər. Aİ-yə üzvlüklə bağlı hər bir Avropa ölkəsi - onun xalqı və hökuməti Aİ-yə üzv olmaq üçün müraciət edib-etməmək istəyinə qərar verməlidir”, - o, ittifaqın qapılarının Ermənistana açıq olub-olmaması ilə bağlı sualı cavablandırarkən deyib.
Stano xatırladıb ki, bir ölkə Aİ-yə üzv olmaq üçün ərizə təqdim edən kimi ona üzv dövlətlər tərəfindən baxılır və sonra onlar Aİ müqavilələri və müəyyən edilmiş meyarlar əsasında müvafiq qərar qəbul edirlər.
Qeyd edək ki, martın 13-də Avropa Parlamenti Ermənistanla əlaqələrin gücləndirilməsi haqqında qətnamə qəbul edib və bu ölkəyə birliyə üzv olmaq üçün namizəd statusunun verilməsi təklifini öyrənməyə çağırıb. Bundan sonra Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, İrəvanın Aİ ilə münasibətləri dərinləşdirmək üçün siyasi iradəsi var.
Xatırladaq ki, AP qətnamələri məsləhət xarakteri daşıyır və heç bir hüquqi qüvvəyə malik deyil.

DİGƏR XƏBƏRLƏR

Top