Azərbaycanda hər gün 12 avtomobil istehsal olunur


Bu ilin ilk 2 ayı ərzində Azərbaycanda 574 ədəd minik avtomobili istehsal edilib.
Yeniavaz.com
açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə minik avtomobillərinin istehsalı 25,9% artıb.
Bundan başqa, bu ilin yanvar-fevral aylarında ölkədə 149 ədəd yük avtomobili istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33% çoxdur.
Qeyd edək ki, bu ilin ilk 2 ayında Azərbaycanda gün ərzində orta hesabla 12 ədəd avtomobil istehsal olunub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top