““Google” və “Facebook” “TikTok”dan daha çox casusluq edir” – Taker Karlson


“Google” və “Facebook” sosial şəbəkəsi Amerika bazarında bağlanmaq təhlükəsi ilə üzləşən “TikTok” sosial şəbəkəsindən daha çox casusluq edir.  
Yeniavaz.com
xəbər verir ki, bu barədə amerikalı jurnalist Taker Karlson senator Rend Polla müsahibə zamanı bildirib.
Onların söhbəti “X” sosial şəbəkəsində dərc olunub.
“Mən qəti şəkildə inanıram... “TikTok” casusluq edir, lakin “Google” və “Facebook” ondan çox casusluq edir. Onlar da ABŞ-yə nifrət edən insanlar tərəfindən idarə olunur”, - Karlson bildirib.
Jurnalist qeyd edib ki, “Google” və “Facebook”un “TikTok”dan fərqli olaraq heç bir təhlükə yaratmadığını demək, insanı yalançı vəziyyətində qoymaq deməkdir.
Qeyd edək ki, Tramp artıq bir dəfə “TikTok”u qadağan edən fərman imzalayıb, O, “ByteDance”i biznesini Amerikanın “Oracle” və “Target” şirkətlərinə satmaq üçün danışıqlara məcbur edib. Ancaq yeni prezident Co Bayden sələfinin təşəbbüsünü ləğv etdikdən sonra danışıqlar pozulub. İndi artıq Bayden də qanunun Konqres tərəfindən qəbul ediləcəyi təqdirdə onu imzalayacağını vəd edir.
Xatırladaq ki, ABŞ Nümayəndələr Palatası bundan əvvəl “ByteDance”dən “TikTok”u altı ay ərzində satmağı tələb edən qanun layihəsini təsdiqləmiş və layihəni ABŞ administrasiyasının təsdiqi ilə baxılmaq üçün Senata göndərmişdi.

DİGƏR XƏBƏRLƏR

Top