“Qəzzada baş verənlər qətliamdır” – Borel


“Fələstin-İsrail münaqişəsinin kəskinləşməsi nəticəsində Qəzza zolağında baş verənlər qətliamdır”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə cümə axşamı PBS telekanalına müsahibəsində Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozef Borel bildirib.
“Mən Qəzzada baş verənlərlə bağlı Birləşmiş Ştatlarda əhval-ruhiyyənin və ictimai rəyin dəyişdiyini görürəm. Getdikcə daha çox insan qəti şəkildə qətliam adlandıra biləcəyim şeydən narahatdır, çünki bu günə qədər 30 min dinc sakin öldürülüb”, - Borel vurğulayıb.
“Və təkcə ABŞ deyil. Həqiqətən də, bütün dünya orada baş verənlərdən narahatdır”, - Borel əlavə edib.
Onun sözlərinə görə, Aİ öz prioritetini fələstinlilərə öz torpaqlarına, öz hökumətinə sahib olmaq hüququ verməklə iki dövlətin birgə yaşaması əsasında münaqişənin həlli yollarını tapmaqda görür.
“Və əlbəttə ki, biz belə bir yanaşma ilə razılaşan İsrail liderinə üstünlük verərdik”, - Avropa diplomatiyasının rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Fələstin anklavının sakinləri İsrail humanitar yardımın keçməsinə icazə vermədiyi üçün aclıqdan əziyyət çəkirlər.
“Yüz minlərlə insan sözün əsl mənasında aclıqdan ölür. Onların arasında qida çatışmazlığından ölən uşaqlar da var. Bu aclıq nədən irəli gəlir? Çünki bu insanlara kömək olmaq üçün lazımi humanitar yardım yoxdur. Niyə? Çünki İsrail sərhədə nəzarət edir və humanitar yardıma icazə vermir. Bu, məntiqi nəticədir. Siz humanitar yardımın daxil olmasına imkan verməməklə, əslində, insanların ac qalmasına imkan verirsiniz”, - deyə Aİ diplomatiyasının rəhbəri bildirib.

DİGƏR XƏBƏRLƏR

Top