Ötən gecə Avropa Liqasında 1/8 finalın cavab oyunları keçirilib.
Yeniavaz.com xəbər verir ki, təmsilçimiz “Qarabağ” da növbəti matçına çıxıb.
“Köhlən atlar” “Bay Arena”da Almaniya “Bayer”i ilə qarşılaşıb.
Görüş 3:2 meydan sahiblərinin xeyrinə bitib və ümumi hesabda bir top fərqi ilə öndə olan Almaniya təmsilçisi növbəti mərhələyə adlayıb.
Oyunun icmalını təqdim edirik:
Xatırladaq ki, Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk oyunda tərəflər hərəyə iki qol vura bilmişdilər.