“Makron 2023-cü ildən qoşunlarının Ukraynaya göndəriləcəyini deyib” – “Le Monde”


“Fransa hakimiyyəti 2023-cü ildən öz qoşunlarını Ukraynaya göndərmək imkanını nəzərdən keçirir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Le Monde” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Bildirilir ki, müharibənin birinci ildönümü ərəfəsində, 2023-cü il fevralın 21-də Fransa Prezidenti Emmanuel Makron Fransa Müqavimət Hərəkatının üzvü Misak Manuşyanın külünün Panteona daşınması mərasimindən sonra onu “gözəl nitqinə” görə təbrik edənlərlə söhbətində Ukrayna mövzusuna toxunub.
Nəşrin yazdığına görə, Makron “Hər halda, mən gələn il adamlarımın bir hissəsini Odessaya göndərməli olacağam” deyib.
“Le Monde” yazır ki, Fransa hərbçilərinin Ukraynaya göndərilməsi məsələsi 2023-cü il iyunun 12-də Yelisey sarayında Təhlükəsizlik Şurasında ən ciddi məxfilik şəraitində müzakirə edilib.
Xatırladaq ki, Emmanuel Makron fevralın 26-da Avropanın 20 ölkəsinin liderlərinin konfransından sonra çıxışı zamanı deyib ki, NATO qoşunlarının Ukraynaya göndərilməsini istisna etmir. Bir çox Qərb ölkələri, o cümlədən Almaniya və ABŞ buna qarşı çıxıb. Kreml cavab verib ki, NATO qoşunlarının Ukraynada peyda olması Rusiya ilə birbaşa münaqişəyə gətirib çıxaracaq.

DİGƏR XƏBƏRLƏR

Top