Məhəmməd Mustafa Fələstinin yeni baş naziri təyin edildi


Fələstin Prezidenti Mahmud Abbas Fələstin İnvestisiya Fondunun rəhbəri Məhəmməd Mustafanı baş nazir təyin edib.
Yeniavaz.com
WAFA agentliyinə istinadən xəbər verir ki, Abbas müvafiq fərmanı imzalayaraq Mustafaya göndərib.
“Biz sizi baş nazir təyin etmək qərarına gəldik və qanunla müəyyən edilmiş müddət ərzində Fələstinin 19-cu hökumətini qurmağı tapşırırıq”, - mətndə deyilir.
Fələstin Milli Administrasiyasının rəhbəri vəzifəsində yeni baş naziri fələstin xalqının maraqlarını, nailiyyətlərini qorumağa və artırmağa və məqsədlərinə çatmaqda kömək etməyə çağırıb.

DİGƏR XƏBƏRLƏR

Top