
İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS hərəkatına qarşı əməliyyat çərçivəsində İsrail əsgərlərinin Qəzza zolağının cənubundakı Rəfah şəhərinə daxil olmasının qarşısını almaq üçün beynəlxalq təzyiqlərə müqavimət göstərməyə davam edəcəyinə söz verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, Mahane Ofer hərbi bazasına səfəri zamanı deyib.
“İsrail ordusu hərbi əməliyyatları davam etdirməyə hazırlaşarkən, beynəlxalq təzyiqlər var ki, bunun məqsədi bizim Rəfaha daxil olmağın və başlamış işi başa çatdırmağın qarşısını almaqdır. İsrailin baş naziri kimi mən bu təzyiqi rədd edirəm, bu təzyiqi dəf etməyə davam edəcəyəm, Rəfaha girəcəyik, qalan HƏMAS batalyonlarının ləğvini başa çatdıracağıq, təhlükəsizliyi bərpa edəcəyik və xalqın və İsrail dövlətinin tam qələbəsini təmin edəcəyik”, - Netanyahu bildirib.
Qeyd edək ki, martın 12-də ABŞ-İsrail İctimai Əlaqələr Komitəsinin konfransında Netanyahu bildirib ki, İsrail HƏMAS üzərində qələbəyə nail olmaq üçün Rəfahda əməliyyat keçirəcək, lakin mülki vətəndaşların təhlükəli əraziləri tərk etməsinə icazə verəcək.
Tətbiqimizi yükləyə bilərsiniz