
Yaponiyanın şimal-şərqində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, ölkənin Milli Meteorologiya İdarəsinin məlumatına görə, yeraltı təkanların episentri Fukusima prefekturasında olub.
Bildirilir ki, tektonik zərbədən sonra seysmoloqlar ölkənin şimal-şərq sahilləri üçün sunami təhlükəsi elan ediblər, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib.
Yeraltı təkanlar Tokioda da hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Tətbiqimizi yükləyə bilərsiniz