
PSJ-nin hücumçusu Kilian Mbappe 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadanı buraxa bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, fransalı qrafikinə görə Oyunları buraxa bilər. İyunun 14-dən iyulun 14-dək forvard Almaniyada keçiriləcək Avropa çempionatında Fransa millisinin heyətində çıxış edəcək.
Qeyd edək ki, Olimpiya Oyunları iyulun 26-da başlayacaq və avqustun 11-dək davam edəcək.
Tətbiqimizi yükləyə bilərsiniz