Bu ilin yanvar-fevral aylarında Azərbaycan vətəndaşları Türkiyədən 112 mənzil satın alıblar.
Yeniavaz.com Türkiyə Statistika Xidmətindən açıqlanan məlumatlara istinadən bildirir ki, ötən ilin eyni dövründə azərbaycanlılar Türkiyədən daha çox mənzil alıblar.
Belə ki, 2023-ci ilin yanvar-fevral aylarında azərbaycanlılar tərəfindən Türkiyədən 138 mənzil satın alınıb.
Onu da bildirək ki, 2015-ci ilin əvvəlindən bu ilin mart ayının 1-nə kimi Azərbaycan vətəndaşları Türkiyədən ümumilikdə 9 min 880 mənzil alıblar.
Qeyd edək ki, bu ilin yanvar-fevral ayları ərzində Türkiyədən ən çox Rusiya (950 mənzil), İran (408 mənzil), Ukrayna (232 mənzil), İraq (211 mənzil), Qazaxıstan (178 mənzil), Almaniya (164 mənzil) və Əfqanıstan (102 mənzil) vətəndaşları ev alıb.
Ötən ilin eyni dövrü ilə müqayisədə Türkiyədən ev alan Rusiya vətəndaşlarının sayı kəskin azalıb.
Müqayisə üçün bildirək ki, ötən ilin yanvar-fevral ayları ərzində Rusiya vətəndaşları Türkiyədən 2 878 mənzil alıblar.
Bu ilin ilk iki ayında əcnəbilərin Türkiyədən aldığı mənzillərin sayı da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə azalıb. Belə ki, ötən ilin yanvar-fevral aylarında əcnəbilər Türkiyədən 7 584 mənzil aldıqları halda, bu ilin yanvar-fevral aylarında 3 938 mənzil satın alıblar.
Elnur Əli