ABŞ ordusunu Arktikada münaqişəyə hazırlayır


ABŞ Arktikada öz üstünlüyünü təsdiqləmək üçün ordusunu soyuq iqlimlərdə münaqişələrə hazırlayır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə çərşənbə günü “Business Insider” portalı məlumat yayıb.
Məlumata görə, son bir neçə ildə Vaşinqton bu regiona xüsusi diqqət yetirir, orada öz nüfuzu uğrunda mübarizə aparmağa hazırlaşır.
Qeyd edildiyi kimi, bu, ABŞ-nin Rusiya və Çinin hərəkətləri ilə bağlı artan narahatlığından xəbər verir.
Portal qeyd edir ki, Amerika ordusu soyuq iqlim şəraitində döyüş əməliyyatlarının aparılması üçün yeni strategiya hazırlayıb və fevralda hərbçiləri Arktikanın ekstremal şəraitinə uyğunlaşdırmaq üçün irimiqyaslı təlimlər keçirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Nikolay Korçunov da ABŞ və NATO-nun Arktikada hərbi fəaliyyətini intensivləşdirdiyini və orada keçirilən təlimlərin miqyasını artırdığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top