Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin müstəntiqləri İrəvan meriyasının ikinci korpusunda axtarış aparıb.
Yeniavaz.com News.am-a istinadla xəbər verir ki, axtarışlar nəticəsində saxlanılanlar olub.
Nəşrin məlumatına görə, axtarışlar korrupsiya işi çərçivəsində aparılıb.
Digər tərəfdən, Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Yerevan meriyasının memarlıq və şəhərsalma departamentində də axtarışlara başlayıb. Məlumatı meriyanın mətbuat katibi Hayk Kostanyan da təsdiqləyib.
Axtarışlarla bağlı hələlik rəsmi məlumat yoxdur.