Qəzzada ölənlərin sayı 31,3 mini keçdi


İsrailin Qəzza zolağında hərbi əməliyyatları başlayandan bəri həlak olan fələstinlilərin sayı 31,3 mini ötüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
“İsrailin Qəzzaya təcavüzü qurbanlarının sayı 2023-cü ilin oktyabr ayından bu yana 31 min 341 nəfərə yüksəlib, ən azı 73 min 134 nəfər yaralanıb”, - deyə məlumatda bildirilib.
Qəzza Səhiyyə Nazirliyi həmçinin bildirib ki, son 24 saat ərzində zolaqda 69 nəfər ölüb, 110 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top