
Ötən il Azərbaycanda 30 min 802 təsərrüfatda mövcud olan 597,3 min arı ailəsindən 4 min 550 ton bal, 172,7 ton mum, 14,9 ton vərəmum, 8,9 ton güləm və 281,1 kq arı südü əldə olunub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, balın 1 kiloqramının orta satış qiyməti 25,8 manat, mumun 15,9 manat, vərəmumun 97,2 manat, güləmin 132,7 manat, arı südünün 1 qramının orta satış qiyməti isə 6 manat olub.
Məlumat üçün bildirək ki, əvvəlki illə müqayisədə bal istehsalı 2 min 895,9 ton azalaraq son 5 ilin ən aşağı səviyyəsinə düşüb. Son bir ildə 1 kiloqram balın orta satış qiyməti isə 90 qəpik ucuzlaşıb.

Məlumat üçün qeyd edək ki, Azərbaycanda arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 10 manat subsidiya verilir.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz