İsrail HƏMAS-ın daha bir komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının cənubunda Rəfah şəhəri yaxınlığında Fələstinin HƏMAS hərəkatının döyüş qanadının əməliyyatların idarə edilməsi bölməsinin komandirini zərərsizləşdirib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə IDF-nin mətbuat xidməti məlumat yayıb.
“Çərşənbə günü səhər saatlarında IDF və Baş Təhlükəsizlik Xidmətinə aid təyyarə havadan zərbə endirərək, HƏMAS Əməliyyat Komandanlığınının komandiri Məhəmməd Əbu Həsnanı məhv edib”, - məlumatda bildirilib. 
Həsna HƏMAS hücumlarında istifadə üçün IDF mövqeləri haqqında məlumat verən kəşfiyyat əməliyyatları mərkəzinə cavabdeh olub. O, həmçinin HƏMAS-ın hərbi qanadı daxilində döyüş dəstəyinə, HƏMAS-ın müxtəlif bölmələrinin fəaliyyətinin koordinasiyasına və HƏMAS səhra komandirləri ilə əlaqənin təmin edilməsinə görə cavadehlik daşıyıb.

DİGƏR XƏBƏRLƏR

Top