Aİ Ukraynaya 138 milyard avro ayıracaq


Aİ-nin Ukraynaya ayıracağı yeni yardım məbləği 138 milyard avrodur.
Yeniavaz.com
Aİ-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) diplomatik xidmətinin rəhbəri Cozef Borel ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenlə danışıqlarda bildirib. 
Aİ-nin ali nümayəndəsi ittifaqın Ukraynaya 138 milyard avro həcmində uzunmüddətli yardım öhdəliyinin qəbul edildiyini, habelə gələcəkdə bundan da çox vəsaitin ayrılamasının nəzərdə tutulduğunu xatırladıb və Ukraynanın Aİ-yə daxil olmaq yolu barədə məlumat verib. 
Qeyd edək ki, Aİ-nin Kiyevə köçürdüyü yardımın ümumi məbləğini sonuncu dəfə Avropa Komissiyası rəhbərinin birinci müavini Valdis Dombrovskis ötən həftə açıqlayıb. Onun sözlərinə görə, o zaman bu məbləğ 88 milyard avro təşkil edib. Bu məbləğə təkcə silah təchizatı və Ukrayna büdcəsinin birbaşa maliyyələşdirilməsi deyil, həm də Aİ büdcəsindən ukraynalı qaçqınların yerləşdirilməsi üçün icma ölkələrinə ayrılan vəsaitlər daxildir.
138 milyard avroluq rəqəm isə Borelin fevralın 1-də Aİ sammitində Kiyevə 2027-ci ilə qədər təmin edəcəyini vəd etdiyi 88 milyard avroya daha 50 milyard avro büdcə yardımı əlavə etməsi ilə izah olunur. 
Digər tərəfdən, artıq gələn həftə Borel böyük ehtimalla bu rəqəmin 143 milyard avroya çatdığını açıqlayacaq. Çünki martın 18-də Brüsseldə keçiriləcək iclasda Aİ xarici işlər nazirlərinin Avropa Sülh Fondunun maliyyələşdirilməsi üçün əlavə 5 milyard avro ayrılmasını təsdiqləyəcəkləri gözlənilir. 
Bu halda 21-22 martda keçiriləcək Aİ sammitində Ukraynaya ayrılacaq məbləğ 143 milyard avro (88 milyard ayrılmış və 55 milyard söz verilmiş) olaraq açıqlanacaq.

DİGƏR XƏBƏRLƏR

Top