Qırğızıstanda keçmiş nazir çirkli pulların yuyulması ittihamı ilə saxlanıldı


Qırğızıstanın keçmiş kənd, su təsərrüfatı və emal sənayesi naziri Erkinbek Çoduyev cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin yuyulmasında şübhəli bilinərək təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Respublika Milli Təhlükəsizlik Komitəsinin (MTK) mətbuat mərkəzi məlumat yayıb.
“Keçmiş kənd, su təsərrüfatı və emal sənayesi naziri saxlanılaraq Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin İstintaq Təcridxanasının müvəqqəti saxlama təcridxanasına yerləşdirilib”, - məlumatda deyilir.
Kəşfiyyat xidmətlərinin məlumatına görə, şübhəli şəxs barəsində Cinayət Məcəlləsinin “Cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılması (yuyulması)” maddəsi ilə iş aparılır.
Mətbuat mərkəzindən verilən məlumata görə, sabiq nazir “Limatex Cotton Corporation” MMC-nin icraçı direktoru olarkən ümumi sahəsi 50 hektara yaxın olan özəlləşdirilmiş torpaq sahələrini qanunsuz olaraq fiziki şəxslərə satıb.
“Beləliklə, ilkin olaraq dəyən ziyan 500 milyon som (təxminən 5,5 milyon ABŞ dolları) məbləğində qiymətləndirilir”, - Milli Təhlükəsizlik Komitəsindən bildirilib.
Qeyd edək ki, Çoduyev 2019-cu ildə Qırğızıstanın Kənd Təsərrüfatı Nazirliyinə rəhbərlik edib.

DİGƏR XƏBƏRLƏR

Top