Allahverdi Bağırovun abidəsi hazırlanıb – Video


Milli Qəhrəman Allahverdi Bağırovun Ağdamda abidəsi hazırlanıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İTV-də süjet yayımlanıb.
Bildirilir ki, heykəl Ağdam sakini İlham Həsənovun sifarişi ilə hazırlanıb.
İ. Həsənov deyir ki, abidənin hazırlanması üçün ağdamlı xeyriyyəçilərdən dəstək alıb.
Daha ətraflı:

Qeyd edək ki, Allahverdi Bağırov 1992-ci ilin 14 iyununda minaya düşərək şəhid olub. Həmin vaxt Allahverdi Bağırov Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib. Müharibə vaxtı Bağırovun məzarının üzərinə beton tökülsə də, ona başdaşı qoyulmayıb.
2021-ci ilin noyabrında Ağdamda Şəhidlər xiyabanının və xüsusilə Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarının tapılmasının ilk görüntüləri yayılıb.

DİGƏR XƏBƏRLƏR

Top