
Finlandiya hökumətinin başçısı Petteri Orpo Avropa İttifaqını rəqabət qabiliyyətini gücləndirməyə, böhranlara hazırlığı artırmağa və xarici sərhədlərin təhlükəsizliyini gücləndirməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə Avropa Parlamentinin “Bu, Avropadır” debatlar silsiləsi çərçivəsində keçirilən plenar iclasında bildirib.
“Birincisi, büruzəsizliyi azaltmaq, davamlı fiskal siyasət yürütmək, əmək bazarı qaydalarına islahatlar aparmaq və yeni ticarət sazişləri üzrə danışıqlar aparmaqla Avropanın strateji rəqabət qabiliyyətini gücləndirməliyik. Aİ-nin xarici sərhədlərində təhlükəsizlik onun mövcudluğunun əsasını təşkil edir. Xarici sərhədlərimizi hibrid hücumun istənilən formasından qorumaq çox vacibdir", - Orpo bildirib.
Böhranlar haqqında danışan Orpo Finlandiyanın böhranlara hazırlıq baxımından çoxdan super güc kimi tanındığını və təcrübəsini digər Aİ üzvləri ilə bölüşməyə hazır olduğunu qeyd edib.
Tətbiqimizi yükləyə bilərsiniz