
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizə qrupu yol qəzası keçirib.
Yeniavaz.com “TRT Haber”ə istinadən xəbər verir ki, qəzada 1 polis məmuru şəhid olub.
Bildirilir ki, Cizrə-Nusaybin avtomobil yolunda Ərdoğanın Şırnak proqramında vəzifə yerinə yetirən polisləri daşıyan ciplə avtomobil karvanı toqquşub.
Qəzada polis əməkdaşı Fırat Der şəhid olub, 2-si polis olmaqla 3 nəfər yaralanıb.