“2025-ci ildə süni intellekt bütün insanlardan daha ağıllı olacaq” – Mask


“Süni intellekt 2025-ci ildə hər hansı bir insanın intellektini üstələyəcək”.
Yeniavaz.com
xəbər verir ki, bu fikri İlon Mask öz “X” səhifəsində amerikalı futuroloq Reymond Kurtsveylin mövqeyini şərh edərkən bildirib.
Belə ki, alim süni intellektin inkişaf səviyyəsinin 2029-cu ilə qədər istənilən insanın intellekt səviyyəsi ilə müqayisə oluna biləcəyini qeyd edib.
“Süni intellekt gələn il hər bir insandan daha ağıllı ola bilər. 2029-cu ilə qədər isə süni intellekt bütün bəşəriyyətdən daha ağıllı ola bilər” - deyə Mask ona cavab verib.
Qeyd edək ki, 2023-cü ilin noyabrında Mask süni intellekt texnologiyasının inkişaf sürətindən narahatlığını ifadə etmiş, həmçinin, sürətlə inkişaf edən bu texnologiyanı həm zərər, həm də xeyir üçün istifadə oluna bilən ikitərəfli qılınca bənzətmişdi.

DİGƏR XƏBƏRLƏR

Top