Bitkoinin qiyməti 1,29% artaraq 73 min 182 dollara çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Coindesk” platforması məlumat yayıb.
Qeyd edək ki, bitcoin əvvəlki maksimuma martın 12-də çatıb və 73 min dollar olub.
Xatırladaq ki, bitkoin blokçeyn texnologiyasına əsaslanan eyniadlı kriptovalyutanın mərkəzləşdirilməmiş sistemidir və sistemin iştirakçısı olan istənilən istifadəçi tərəfindən əldə edilə bilər. Bunun üçün yeni sistem blokları yaratmaq lazımdır.
Sistemin konsepsiyası 2008-ci ilin noyabrında Satosi Nakamoto təxəllüslü şəxs və ya şəxslər tərəfindən yaradılıb. Bitkoinin populyarlığı yalnız son illərdə zirvəyə çatıb.
Son vaxtlar bitkoinin tədarükü təbii şəkildə məhdudlaşdırılıb. Hazırda bitkoinlərin çoxu artıq əldə edilib.