Bu il fevral ayının 1-nə olan məlumata görə Azərbaycanda muzdla (əmək müqaviləsi ilə) çalışan işçilərin sayı 1 milyon 725,1 min nəfər olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, muzdlu işçilərin 901,7 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 823,4 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Müqayisə üçün bildirək ki, son bir ildə muzdla çalışan işçilərin sayı 13 min nəfər və ya 0,7% artıb. Dövlət sektorunda çalışan muzdlu işçilərin sayı 600 nəfər və ya 0,06%, qeyri-dövlət sektorunda çalışan muzdlu işçilərin sayı isə 12,4 min nəfər və ya 1,5% artıb.
Məlumat üçün onu da bildirək ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin açıqladığı məlumatda göstərilir ki, 2024-cü ilin fevral ayının 1-nə ölkədə 1 milyon 816 min 8 əmək müqaviləsi olub.
Açıqlanan rəqəmlərdən də görünüdyü kimi, əmək müqavilələrinin sayı əmək müqaviləsi ilə işləyən muzdlu işçilərin sayından 90,9 min ədəd və ya 5,3% çoxdur.
Elnur Əli