“Danışıqlar əhəmiyyətli çətinliklərlə üzləşir” – HƏMAS


“Qəzza zolağında atəşkəsin əldə edilməsi üzrə danışıqlar davam edir, lakin əhəmiyyətli çətinliklərlə üzləşir”.
Yeniavaz.com
"Al Arabiya” telekanalına istinadən xəbər verir ki, bunu HƏMAS hərəkatının Siyasi Bürosunun üzvü Məhəmməd Nazzal deyib.
Nazzal əlavə edib ki, İsrail Fələstin tərəfinə müvəqqəti atəşkəs təklif edir, onlar bunu qəbul edə bilmirlər və İsrail hərbçilərinin Qəzzada olması köçkünlərin öz evlərinə qayıtmasına mane olur.
HƏMAS Siyasi Bürosunun üzvünün sözlərinə görə, danışıqların son raundu məhz İsrail hərəkatın anklavda müharibəyə son qoymaq və qoşunlarını oradan çıxarmaq tələbini yerinə yetirməkdən imtina etdiyi üçün dalana dirənib.

DİGƏR XƏBƏRLƏR

Top