
“İsrail HƏMAS hərəkatını məğlub etmək üçün Qəzza zolağının cənubundakı Rəfah şəhərində əməliyyat keçirəcək, lakin mülki əhalinin təhlükəli əraziləri tərk etməsinə icazə verəcək”.
Yeniavaz.com xəbər verir ki, bu sözləri İsrailin Baş naziri Benyamin Netanyahu Amerika İsrail İctimai Əlaqələr Komitəsinin konfransında deyib.
“Biz HƏMAS-ı məhv edəcəyik, Qəzza zolağında saxlanılan girovları geri qaytaracağıq və Qəzza zolağının İsrail üçün heç vaxt təhlükə yaradmayacağı bir vəziyyət yaradacağıq. Rəfəhdə hərbi əməliyyatı başa çatdıracağıq. Eyni zamanda, biz mülki şəxslərə təhlükəli əraziləri tərk etmək imkanı verəcəyik”, - baş nazir bildirib.