“Ukrayna keçirdiyi əməliyyatlar nəticəsində 234 döyüşçüsünü itirib” – Rusiya MN


“Ukrayna Belqorod və Kursk vilayətlərində keçirilən əməliyyatlar nəticəsində 234 yaraqlı, 7 tank və 3 “Bradley” piyada döyüş maşını itirib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
“Qərb Qüvvələr Qrupunun dövlət sərhədini əhatə edən bölmələrin və Rusiya FTX-nin sərhəd xidmətinin fəal hərəkətləri nəticəsində Kiyev rejiminin birləşmələri geri çəkilib. Dövlət sərhədinin pozulması halı qeydə alınmayıb”, - məlumatda deyilir.
Bildirilir ki, Rusiya Silahlı Qüvvələri aviasiya, artilleriya və “Lancet” pilotsuz təyyarələri ilə zərbələr endirib:
“Rusiya hərbçilərinin fədakar hərəkətləri nəticəsində Ukrayna terrorçu birləşmələrinin bütün hücumları dəf edilib”.

DİGƏR XƏBƏRLƏR

Top