“Senatorlar Baydeni İsrailə silah tədarükünü dayandırmağa çağırıb” – NYT


“ABŞ Senatının səkkiz nəfərdən ibarət bir qrup üzvü Prezident Co Baydenə məktub yazaraq İsrailə silah satışının dayandırılmasını tələb edib”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The New York Times” (NYT) məlumat yayıb.
“Biz sizi İsrailin Baş naziri Benyamin Netanyahu hökumətinə açıq şəkildə bildirməyə çağırırıq ki, humanitar yardıma çıxışın tez və tam şəkildə genişləndirilməməsi, habelə Qəzzaya humanitar yüklərin təhlükəsiz çatdırılmasının təmin edilməməsi ABŞ-nin nəzərdə tutduğu ciddi nəticələrlə nəticələnəcək”, - senator Berni Sanders və yeddi Demokrat senatorun imzaladığı məktubda deyilir.
Sanders nəşrə müsahibəsində deyib ki, İsrail hakimiyyəti Qəzza sakinlərinin ABŞ-dan humanitar yardım almasına mane olur”.
Qəzetin qeyd etdiyi kimi, bu məktub ABŞ Demokratik Partiyası üzvlərinin İsrailin baş nazirindən taktikasını dəyişməsini və fələstinlilərin əzablarını azaltmasını tələb etmək üçün Baydenə təzyiqi artırmaq üçün növbəti cəhdi idi.

DİGƏR XƏBƏRLƏR

Top