“Məqsəd sürücüləri cərimələmək deyil” – DİN


“28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
“Məqsəd sürücüləri cərimələmək yox, ərazini piyadaların hərəkəti üçün daha əlverişli zonaya çevirmək və təhlükəsizlik mühitini formalaşdırmaqdır”, - məlumatda deyilir.
Bildirilir  ki, qərarın icrası Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən birgə həyata keçirilir.
Qeyd edək ki, bu gündən bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri də fəaliyyətini dayandırıb.

DİGƏR XƏBƏRLƏR

Top