
Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronun qorxaqlığına görə Ukraynaya səfərini təxirə saldığını bildirib.
Yeniavaz.com xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki səhifəsində fransız dilində nəşr olunan məqaləsində qeyd edib.
“Makron Kiyevə səfərə hazırlaşır? Amma o, zooloji qorxaqdır! Hər halda, onun ofisinə bir neçə cüt alt paltarı götürməyi məsləhət görürəm! P.S.: Mən bunu səhər yazdım və dərc etməyə vaxtım yoxdur!.. Yazıq Fransa!”, - Medvedev yazıb.
Medvedev Makronun Ukraynaya gözlənilən səfərini hələ mətbuatda Fransa Prezidentinin onu təxirə salmaq qərarına gəlməsi xəbərindən əvvəl şərh etmək istədiyini də qeyd edib.
Qeyd edək ki, bazar ertəsinə keçən gecə “Agence France-Presse” Yelisey Sarayına istinadla Makronun yaxın həftələrdə Ukraynaya səfər edəcəyini yazmış, həmin gün axşam “Politico” nəşri fransalı diplomata istinadla Fransa Prezidentinin Ukraynaya səfərini siyasətçinin Rusiyaya qarşı siyasətdə müttəfiqləri ilə fikir ayrılığı ilə bağlı təxirə saldığını xəbər vermişdi.
Tətbiqimizi yükləyə bilərsiniz